Almaniya aeroportlarında tətil başladı


Dünya 15 Yan 2019 12:16:00 442 0

Almaniya aeroportlarında tətil başladı

Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətil keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, tətillə Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen, Erfurt və ölkənin ən iri hava limanı Frankfurtda keçirilir.

Qeyd olunur ki, bu aksiya ümumilikdə 220 min sərnişinə təsir göstərəcək.

Səhər saatlarından etibarən başlayan tətil müxtəlif saatlarda - yerli vaxtla saat 18:00 və 00:00 saatları arasında dayandırılacaq.