İran peykini kosmosa çıxardı,


Dünya 15 Yan 2019 10:40:18 440 0

İran peykini kosmosa çıxardı,

İran ABŞ-ın dövlət katibi Maykl Pompeonun xəbərdarlığına baxmayaraq öz peykini buraxıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, peykin kosmosa çıxarılması əməliyyatı uğursuz nəticələnib. Bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin dediyinə görə, peyk birinci və ikinci mərhələləri keçsə də, lazımi sürəti yığa bilmədiyinə görə 3-cü mərhələni keçə bilməyib və orbitə çatmayıb.