Nazir Səhlab Bağırova yeni vəzifə verdi


Digərləri 15 Yan 2019 09:45:00 446 0

Nazir Səhlab Bağırova yeni vəzifə verdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.