ABŞ sakini tapdığı 10 min dolları sahibəsinə qaytarıb


Digərləri 15 Yan 2019 08:58:00 454 0

ABŞ sakini tapdığı 10 min dolları sahibəsinə qaytarıb

ABŞ sakini tapdığı, içində 10 min dollar olan çantanı sahibəsinə qaytarıb.

Son.az "Report"a istinadən bildirir ki, Nyu-York sakini Riçard Tavern metroda içində 10 min dollar olan qadın çantası tapıb. O, çantanı polisə təhvil verib.

Bir neçə gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ona zəng edərək, çantanın sahibəsi ilə görüşməyi təklif ediblər. Məlum olub ki, çanta əslən Qazaxıstandan olan, Amerika şirkətində işləyən Ayya Tulemaqanbetovaya məxsusdur. Qadın bu qədər pulu çantasında gəzdirməsini ölkəsində hədiyyə almaq istəməsi, Qazaxıstanda kartla ödənişin tez-tez qadağan olunması ilə əsaslandırıb.