Smartfonlarda “üztanıma” funksiyası etibarlı deyil


Digərləri 15 Yan 2019 08:46:00 444 0

Smartfonlarda “üztanıma” funksiyası etibarlı deyil

Niderland İstehlakçılar Assosiasiyasının apardığı tədqiqatın nəticələrinə görə, "üztanıma" funksiyası sayəsində mobil telefon bazarında satılan smartfonların 40 faizi başqaları tərəfindən asanlıqla açıla bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, smartfonlar öz sahibinin şəkili ilə fotoqalereya arasında tam bir eynilik axtarmadığı üçün onların ekran kilidi bir vəsiqəlik fotoşəkilin köməyi ilə sıradan çıxarıla bilər. Tvente Universitetinin biometriya üzrə mütəxəssisi professor Raymond Veldhuis bildirib ki, telefonundan təhlükəsiz istifadə etməyi istəyən istehlakçılar "üztanıma" funksiyasından istifadə etməməlidir. Onun sözlərinə görə, smartfonların əksəriyyətini internetdən yüklənən hər hansı fotoşəkil vasitəsilə də açmaq mümkündür. "Zaman keçdikcə bizim üz cizgilərimiz dəyişir. Yaşlanma, yaxud estetik əməliyyatlar nəticəsində baş verən dəyişikliklər də mobil cihazların bu funksiyasını etibarsız edə bilər", - deyə alim əlavə edib.