Tramp Ərdoğanla müzakirə etdiyi məsələdən bəhs edib


Dünya 15 Yan 2019 08:50:00 291 0

Tramp Ərdoğanla müzakirə etdiyi məsələdən bəhs edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında həmkarı ilə iki ölkənin iqtisadi əməkdaşlığını müzakirə edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Türkiyə prezidenti Ərdoğanla danışdım... ABŞ və Türkiyə arasında iqtisadi məsələlər haqqında danışdıq - (iqtisadi məsələlərin -red) əhəmiyyətli genişlənmə üçün böyük potensial!" - deyə ABŞ prezidenti qeyd edib.