Ötən il çağrı mərkəzində 10 mindən çox müraciət cavablandırılıb


Digərləri 15 Yan 2019 08:15:00 405 0

Ötən il çağrı mərkəzində 10 mindən çox müraciət cavablandırılıb

Ötən il İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub

Bakı. Ötən il İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.