"İvanka Trampın Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyi xəbəri yalandır"


Dünya 15 Yan 2019 07:54:00 478 0

"İvanka Trampın Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyi xəbəri yalandır"

Ağ Ev Amerika prezidentinin məsləhətçisi və qızı İvanka Trampın Dünya Bankının başçısı vəzifəsinə namizədliyi haqqında şayiələri təkzib edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktor müavini Cessika Ditto bildirib.

O, qeyd edib ki, İvanka Trampın Dünya Bankının prezidenti vəzifəsinə mümkün namizəd kimi baxılmır.

"Onun namizədliyinin müzakirəsi haqqında xəbərlər həqiqətə uyğun deyil", - deyə "Politico" nəşri Dittodan sitat gətirib.