İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir


Dünya 14 Yan 2019 22:53:00 235 0

İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir

İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəz Partiyası mühacirətin əleyhinə olan sağçı millətçi İsveç Demokratları Partiyasının güclənməsinə mane olmağa çalışaraq sosial-demokratlarla səylərini birləşdirib. Beləliklə, bütün siyasi məsələlərə dair fikir ayrılıqları fonunda 4 aydan bəri davam edən yeni hökumət formalaşdırmaq cəhdləri başa çatmaq üzrədir.

Sosial-demokratların lideri Stefan Löven 4 aydan bəri davam edən danışıqlara son qoyulması barədə nisbətən kiçik müxalifətçi partiyalarla saziş bağlayıb. Lövenin ikinci müddətə baş nazir vəzifəsində işə başlaması üçün çox ehtimal ki, çərşənbə günü parlamentdə bu məsələyə dair səsvermə aparılacaq. Səsvermə barədə artıq bu gün rəsmi anons veriləcəyi gözlənilir.