"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının növbəti iclasının keçiriləcəyi tarix məlum olub


Digərləri 14 Yan 2019 21:35:00 238 0

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının növbəti iclasının keçiriləcəyi tarix məlum olub

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının beşinci iclası bu il fevralın 20-də Bakıda keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, iclasda "Cənub Qaz Dəhlizi" layihəsinin icrasına cəlb olunmuş ölkə və şirkətlərin, eləcə də bir sıra beynəlxalq təşkilat nümayəndələrinin iştirakı planlaşdırılıb.