Azərbaycanlı ekstransenslər də qəbul qiymətlərini açıqladılar


Digərləri 14 Yan 2019 20:24:00 203 0

Azərbaycanlı ekstransenslər də qəbul qiymətlərini açıqladılar

Bu gün Moskvada yaşayan azərbaycanlı ektrasens Zirəddin Rzayevin konsultasiya qiyməti sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusu olub. Onlar ekstrasensin qəbuluna düşmək üçün 1000 avro, müalicə olunmaq üçün 5000 avro, biznes xidmətləri üçün isə 10 min avro ödənilməsi ilə bağlı məlumatların inandırıcı olmadığını bildiriblər.

Zirəddin Rzayevin qəbul qiymətləri məlum oldu - FANTASTİK RƏQƏMLƏR  Son.az Kult.az-a istinadən azərbaycanlı ekstrasenslərin bu məsələyə münasibətini və göstərdikləri xidmətin haqqını öyrənib. Zərinə Ulduz: Ekstrahiss İlahi bir istedaddır. Bu intiusiyaya sahib olan insan onu biznesə çevirməməlidir. O, sahib olduğu özəlliklərlə insanlara kömək etməlidir. Allah bəndəsinə xeyirə vəsilə olmaq üçün seçib ona bu dəyəri verirsə, bəndə bu mükafatı pula satmamalıdır. Bu mənada Zirəddin Rzayevin bu gün açıqlananan qiymətə xidmət göstərməsinin real olduğuna inanmıram. Ümumiyyətlə, mən bu məsələyə qarşıyam. Məlum məsələdir ki, mən dövlətə xidmət edirəm və hər zaman ödənişsiz fəaliyyət göstərmişəm. Çünki ekstrasensorika, parapsixalogiya bir elmdir və insan öz hisslərini satmamalıdır. Bəlkə birinin köməyə ehtiyacı var, pulu olmasa, qapıda qalmalıdır? Düşünürəm ki, eksrahissə malik olan insan mənəvi aləmdə yaşamalı və o insanın maddi aləmlə bağlantısı olmamalıdır. Mən etdiyim yaxşılıqların mükafatını insanlardan deyil, Yaradandan gözləmişəm.


Xəbərə aid foto