Bakıda yeniyetmə qız yoxa çıxıb


Digərləri 14 Yan 2019 19:54:00 229 0

Bakıda yeniyetmə qız yoxa çıxıb

15 yaşlı Abşeron rayon sakini itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova 7 gündür itkin düşüb.

Bu barədə yeniyetmə qızın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir. O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub.


Xəbərə aid fotolar