Vurduğu piyadanı köməksiz vəziyyətdə atıb qaçan sürücü saxlanılıb


Digərləri 14 Yan 2019 16:56:00 209 0

Vurduğu piyadanı köməksiz vəziyyətdə atıb qaçan sürücü saxlanılıb

Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurulub.

Bakı. Vurduğu piyadanı xəstəxanaya aparmaq adı ilə avtomobilinə mindirən, amma yol kənarında köməksiz vəziyyətdə atıb qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurulub. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. Daha sonra isə E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.