Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə yeni razılıq əldə olunub


Digərləri 14 Yan 2019 16:40:00 193 0

Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə yeni razılıq əldə olunub

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair görüş keçirilib.

Bakı. Ankarada Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair görüş keçirilib. Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq həyata keçirilib. Görüşdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edib. Görüş zamanı Türkiyənin təmsil olunan şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilib.