Sürücülərin NƏZƏRİNƏ: Parkinq qiymərlərində artım olacaqmı? VİDEO FOTO


Digərləri 14 Yan 2019 16:19:00 187 0

Sürücülərin NƏZƏRİNƏ: Parkinq qiymərlərində artım olacaqmı?  VİDEO  FOTO

Bakının nəqliyyat problemlərinin içərisində parkinq yerləri həmişə öz aktuallığı ilə seçilib. Məsələnin həlli üçün kifayət qədər danışılsa da, problem öz aktuallığını qoruyur. İndi isə küçə və qapalı parkinq yerlərinin qiymət artımı gündəmə gəlib. Ekspertlər deyirlər ki, indiki vaxtda həmin qiymətlərin artırılması qanunsuz parklanmanın daha da çoxalmasına gətirib çıxarar.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Tural Yusifli  - Ekspert: "Əvvəl o qeyri-qanuni parkinqləri yığışdırsınlar, insanlara rahat parkinq imkanı yaradılsın, daha sonra isə baha olmamaq şərti ilə bu barədə danışsınlar".

Hazırda yerüstü, yol kənarı parkinqlərdə saatı 50 qəpik, qapalı parklama yerlərində isə bu məbləğ 1-2 manat civarında dəyişir. Qiymətlərin tənzimlənməsi üçün günlük, həftəlik və aylıq tariflərin yaradılması da vacib sayılır. Bununla da, sürücülərin qapalı parkinqlərə marağı da artmış olar. Hüseyn Abdullayev - Ekspert: "Küçədə qiyməti daha baha olmalıdır ki, orada qısa müddətlik maşın saxlanılsın". Tural Yusifli  - Ekspert: "O dayanacaqların tam dolmasını təmin etdiyiniz zaman onlar özlərini saxlaya bilərlər. Onsuz da, həmişə oranın yarıdan çoxu boş olur". Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qiymət məsələsi onların vəzifə səlahiyyətləri daxilində deyil. Mütəxəssislər deyir ki, qiymət artımı baş verərsə, sürücülərin bir qismi həmin yerlərdən istifadə etməkdən imtina edəcəklər. Nəticədə yeraltı parklanma yerlərindən daxilolmalar azalacaq.


Xəbərə aid foto