Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində kitab təqdimatı (FOTO)


Digərləri 14 Yan 2019 15:49:00 262 0

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində kitab təqdimatı (FOTO)

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində kitab təqdimatı keçirilib.

Bakı. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Cahandar Aybərin “Alnımızdandır göy üzü” adlı ilk kitabının təqdimatı keçirilib. AYB-nin Gəncə bölməsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül gənc şairin özünəməxsus poetik dünyasından söz açaraq, onun ümidli gələcəyinə çox inam bəslədiyini söyləyib, buna misal olaraq aşağıdakı poetik nümunəni dinləyicilərin nəzərinə çatdırıb: "Nə qədər dartsan da, çatmaz ulduza, necə də gödəkmiş hamının dili. Dur, ayağını ver o əlil qıza, gəl səni çiynimdə aparım, ölü!.." Kitabın ön söz müəllifi şair Sahib İbrahimli çıxışında bildirib ki, C.Aybərin özünəməxsus yazı üslubuna, orijinal dəst-xəttə yiyələnmək istiqamətindəki səyləri təqdirəlayiqdir: "Onun şeirlərinin poetik uğurunu təmin edən əsas amillərdən biri də folklor ənənələrindən qidalanmasıdır. Aşağıdakı nümunəyə diqqət yetirək: