Türkiyədən Trampa cavab: Biz heç bir təhdiddən qorxmuruq


Digərləri 14 Yan 2019 15:31:00 211 0

Türkiyədən Trampa cavab: Biz heç bir təhdiddən qorxmuruq

ABŞ Prezidenti Donald Trampın açıqlamaları strateji tərəfdaşlığa uyğun deyil

Bakı. ABŞ Prezidenti Donald Trampın açıqlamaları strateji tərəfdaşlığa uyğun deyil. Trend-in məlumatına görə, bunu D.Trampın açıqlamalarına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, strateji tərəfdaşlıq məsələləri sosial şəbəkələrdə müzakirə olunmur: "Biz görürük ki, Trampa Suriyadan qoşunların çıxarılmaması ilə bağlı təzyiqlər olunur və o, çətin vəziyyətdədir. Bununla belə, bu məsələlər sosial şəbəkələrdə müzakirə olunmamalıdır".