Bu erməni yarım milyon yəhudi öldürüb


Dünya 14 Yan 2019 15:21:00 280 0

Bu erməni yarım milyon yəhudi öldürüb

Feysbuk dostlarımdan biri belə bir paylaşım edib: Salosyan soyadlı erməni üç il ərzində yarım milyon yəhudi qətlə yetirib. O, səhər yuxudan oyanandan gecə yatana qədər insan qətl edirdi. Bu tarixi fakt dünya ictimaiyyətindən gizlədilir.

Son.az xəbər verir ki, Axar.az faktı araşdırmaq üçün Moskvada yaşayan həmyerlimiz, əməkdar elm xadimi, alim Kamran Rüstəmova müraciət edib.

Onun sözlərinə görə, Nasist Almaniyasının tarixində həqiqətən Salosyan soyadlı SS zabitinə rast gəlinir:

"Budapeşt məhkəməsinin sənədləri və materialları var ki, İkinci Dünya müharibəsi dövründə nasist rejiminin təyin etdiyi SS zabiti erməni F.Slosyan (Salaşi) təxminən yarım milyon Macarıstan yəhudisini öldürüb".

Açıq mənbələrdən referans: Erməni nasist qoşunları Almaniya ordusunun ayağının olduğu hər yerdə yəhudi əhalisinin məhv edilməsində fəal iştirak edib. Dünya Müharibəsinin əvvəllərində Almaniya Reyxinin xidmətində 27 min erməni əsgəri dururdu. Onlardan üç mini SS və "Abver" kəşfiyyat xidmətində fəaliyyət göstərirdi.

Dro və Njdenin erməni nasist legionları yaradılmışdı və onlarla birlikdə Avropada, Amerikada məlumat toplayan iki böyük kəşfiyyat mərkəzi, həmçinin nasist Almaniyasının işğal etdiyi ölkələrdə yəhudi əhalinin məhv edilməsi ilə məşğul olan və cəbhə xətlərində fəaliyyət göstərən qruplar da var idi.

Rüstəmovun sözlərinə görə, bu barədə bir sıra elmi tədqiqatçılar yazıb. Məsələn, avstriyalı tədqiqatçı E.Fayql qeyd edib: "Faşistlərin tərəfindəki erməni cəza diviziyaları, əlbəttə ki, yəhudiləri məhv etmək məqsədi daşıyırdı".


Xəbərə aid fotolar