“Quş qripi” ilə bağlı monitorinqə başlanılıb (FOTO)


Digərləri 14 Yan 2019 15:21:00 196 0

“Quş qripi” ilə bağlı monitorinqə başlanılıb (FOTO)

“Quş qripi” ilə bağli monitorinq başlanıb və nümunələr götürülüb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir. Qurumdan Trend-ə verilən məlumata görə, Milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinqə bu gün başlanılıb. Monitorinq DBX-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir. Artıq DBX-nin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər.