Bu il Həcc ziyarətinin qiyməti bahalaşa bilər


Digərləri 14 Yan 2019 15:02:00 210 0

Bu il Həcc ziyarətinin qiyməti bahalaşa bilər

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu yaxın günlərdə başlaya bilər.

Bakı. Elçin Mehdiyev - Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu yaxın günlərdə başlaya bilər. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumata görə, hazırda Həcc ziyarətinin qiyməti və kvotanın razılaşdırılması ilə bağlı işlər aparılır. Bu il Həcc ziyarətinin qiymətləri ötənilkindən təqribən 100 dollara qədər baha ola bilər. Qeyd olunub ki, qiymət artımı Səudiyyə Ərəbistanında hotellərdə qiymət artımı ilə bağlıdır.