"Sizə biznes quracağam" deyib 1 milyondan artıq pul aldı və...


Digərləri 14 Yan 2019 14:35:00 200 0

"Sizə biznes quracağam" deyib 1 milyondan artıq pul aldı və...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı E. İbrahimovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.