Rasim Balayev: "Azərbaycanda "Nəsimi ili"nin elan olunması incəsənətə verilən çox gözəl qiymətdir"


Digərləri 14 Yan 2019 14:22:00 260 0

Rasim Balayev: "Azərbaycanda "Nəsimi ili"nin elan olunması incəsənətə verilən çox gözəl qiymətdir"

"Nəsimi" filmindən sonra sonra yüzlərlə yeni doğulan uşaqlara onun adı qoyuldu.

Son.az xəbər verir ki, bunu repot-a açıqlamasında Azərbaycanın xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi ilə bağlı təbriklər alır: "Televiziyalardan təkliflər olur, ancaq müəyyən səbəblərə görə imtina edirəm. Ancaq, bu yaxınlarda 30-40 nəfər məni bu münasibətlə təbrik edib. Deyirəm niyə təbrik edirsiniz? Deyirlər Nəsimi deyiləndə siz yada düşürsünüz. Təbii ki, mənim üçün xoşdur. Xatırlayıram Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunurdu. Nəsimidən çox insanlar Nizami Gəncəvini, Məhəmməd Füzuli tanıyırdılar. Ondan sonra müxtəlif tədbilər oldu, kitablar çıxdı, Nəsiminin portreti hazırlandı. "Nəsimi" filmi şairin 600 illiyinə biraz gecikmişdi".