Metroda qatarda problem yarandı, sərnişinlər stansiyada boşaldıldı


Digərləri 14 Yan 2019 14:18:00 199 0

Metroda qatarda problem yarandı, sərnişinlər stansiyada boşaldıldı

Bakı metrosunda qatarda problem yaranıb.

Bakı. Samir Əli - Bakı metrosunda qatarda problem yaranıb. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində "Bakı Metropolteni"nin “Sahil” stansiyasında baş verib.