TSİ Bakı Ali Neft Məktəbinin İSO standartlarına tam cavab verdiyini təsdiq edib


Digərləri 14 Yan 2019 13:22:00 227 0

TSİ Bakı Ali Neft Məktəbinin İSO standartlarına tam cavab verdiyini təsdiq edib

Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçiriblər. Bu məqsədlə TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olublar.

Son.az bildirir ki, bir neçə gün davam edən qiymətləndirmə zamanı nümayəndələr Ali Məktəbin müxtəlif şöbələri və kafedralarında olub, iş fəaliyyətini analiz ediblər. Qiymətləndirmənin yekunu olaraq Ali Məktəbin malik olduğu İSO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi təsdiq edilmiş və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyyə edilmişdir.