Moskva aeroportlarında bomba həyəcanı


Dünya 14 Yan 2019 13:11:00 305 0

Moskva aeroportlarında bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.

Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.

Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.