Gələn ay Azərbaycanda yeni vəkil orderinin istifadəsinə başlanılacaq


Digərləri 14 Yan 2019 12:27:00 242 0

Gələn ay Azərbaycanda yeni vəkil orderinin istifadəsinə başlanılacaq

Fevralın 1-dən etibarən Azərbaycan üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq.

Son.az bildirir ki, bu barədə report-a Vəkillər Kollegiyasından bildirilib.

Məlumatda xatırladılıb ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2019-ci il tarixli qərarı ilə "Vəkil orderi və order markası haqqında" Əsasnamə qəbul olunub. Əsasnaməyə ilə vəkil orderinin yeni nümunəsi və ilk dəfə olaraq vəkil orderinin həqiqiliyinin müəyyən edilməsi məqsədi ilə order markasının forması təsdiq olunub. Rəyasət Heyətinin qərarına uyğun olaraq, 01.02.2019-cu il tarixdən etibarən Respublika üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq.