Balakəndə istifadəyə tam yararsız və natəmiz vəziyyətdə 90 kq ət aşkarlanıb


Digərləri 14 Yan 2019 12:19:23 182 0

Balakəndə istifadəyə tam yararsız və natəmiz vəziyyətdə 90 kq ət aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Bakı. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir yanvarın 12-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Balakən rayonu ərazisində keçirilib.