Tramp: "ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb"


Dünya 14 Yan 2019 09:08:00 232 0

Tramp: "ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb"

Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.

Son.az bildirir ki, "Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ABŞ prezidenti Donald Tramp öz "Twitter" mikrobloqunda yazıb.

"Suriyadan çoxdan edilməli olan qoşunların çıxarılmasına başlayırıq. Lakin bununla yanaşı İŞİD-in ərazi xilafətinin qalıqlarına müxtəlif istiqamətlərdən hücumları davam etdiririk", - o bildirib.