Dünyanın ən əyləncəli on şəhəri FOTO


Digərləri 13 Yan 2019 23:21:00 304 0

Dünyanın ən əyləncəli on şəhəri  FOTO

Son.az oxu.az-a istinadən dünyanın ən əyləncəli hesab olunan 10 şəhərini təqdim edir:

1. Orlando - Disneyland ilə məşhur bu şəhər Yer üzündə uşaqlar üçün cənnət hesab olunur. O, Orlandonu dünyanın təkcə ən əyləncəli yox, həm də ən çox səyahət edilən şəhərlərindən biri edir. 

Yaranma ideyası Uolt Disneyin ailəsi ilə gəzinti etdiyi zamana təsadüf edir. Karuseldə əylənən uşaqlarının nə vaxt bezəcəklərini dükanda oturub düşünən ata Uolt Disney həm uşaqların, həm də valideynlərin səmərəli vaxt keçirə biləcəyi park yaratmaq qərarına gəlir. Disney bütün ailə üçün istirahət yeri və istənilən yaşda olan insanların özlərini uşaq kimi hiss edəcəyi məkan yaratmaq istəyir. Şirkət tikintiyə 17 milyon dollar xərcləyib 10 dəfədən artıq gəlir əldə edir. Çəkdiyi maraqlı cizgi film və filmlərin hər biri burada əksini tapıb.

Hər tərəfi bürüyən rəngli xalçalar təkcə bəzək deyil, çəkilən fotoların parlaq və rəngli görüntü yaratmasına kömək olan vasitədir. "No Sad Kids" qaydası sayəsində park işçisi hansısa uşağın ağladığını görürsə, ona yerə düşən dondurma əvəzində yeni dondurma və ya digər sürprizlər təqdim edib gülümsəməsinə səbəb olur. Parkda həmçinin özünü cəmiyyət içində apara bilməyənlər üçün həbsxana var. Hər kəsin tanıdığı Mikki Mausu burada canlandıran şəxsin 290, Minni Mausun isə 200 kostyumu var.

2. Las Veqas - Kazino və əyləncə mərkəzi sayılan Las Veqas dostlarla əylənmək üçün hər cür imkanın olduğu şəhərdir. 

İlk vaxtlar qəsəbə böyüklüyündə olan bu şəhərdən dəmiryolu keçirdi və qatarlar burada dayanırdı. Bu səbəbdən ətraf ərazilərdəki cinayətkarların daim maraq dairəsində olub. ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirdikən sonra dövrün tanınmış mafiya rəhbəri Baqzi Sieql Las Veqası meqa-qumarxana mərkəzinə çevirməyə başlayır. ABŞ-da qumar oyunlarını tək məkanda birləşdirmək və rahat şəkildə idarə etmək məqsədi olur. 1940-cı ildən şəhərin əhalisi sürətlə artmağa başlayır. Hazırda bir çox attraksionlar və əyləncə vasitələri ilə məşhurdur. 15 dəqiqə içində avtomobildə evlənə bilmək xüsusiyyəti nəticəsində ABŞ-dakı evliliklərin 5 faizi burada baş tutur.

3. Rio-de-Janeyro - dəniz voleybolu və futbolu, sörfinq əyləncələri ilə dünya şöhrətli çimərliklər, samba, kaypirinya (yerli kokteyl), karnavallar ilə dünyadakı ən əyləncəli şəhərlər sırasındadır. 

4. Berlin - Demək olar ki, Avropadakı ən ucuz pivə və rəqs mərkəzlərinə görə dünyanın ən maraqlı şəhərlərindəndir.


Xəbərə aid fotolar