"Səsi olmayan ifaçını ən pis halda..." FOTO


Şou-biznes 13 Yan 2019 22:22:00 702 0

"Səsi olmayan ifaçını ən pis halda..."  FOTO

Rubail Əzimov: Səsi olmayan sənətçinin layihəsini ortaya çıxarmaq, məşhurlaşdırmaq mümkündür, amma onu zorla xalqa sevdirmək olmaz 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

10-15 il əvvələdək hansı müğənniyə daha çox tələbat olduğunu və mahnılarının sevildiyini satılan kaset və disklərinin sayından müəyyən etmək olurdu. Belə ki, müğənnilər albom çıxarır, satılan albomlara görə hansı müğənninin daha çox sevildiyi və hansı mahnının hit olduğu təyin edilirdi. İndi isə dövrün tələblərinə uyğun olaraq sistem dəyişib. Bir çox ifaçılar isə bu sistemin qarşısında aciz qalıb. Hazırda hansı müğənnilərə daha çox tələbat olduğunu "Youtube"dan və toylarda səslənən mahnılardan təyin edə bilirik. Son zamanlar mahnıları dillər əzbərinə çevrilən, sosial şəbəkənin ulduzu olan Rübail Əzimov redaksiyamızın qonağı oldu. Səsyazma studiyasında bir çox sənətçilərin səslərinin yazılmasında misilsiz xidmətləri olan Rübail Əzimov bizimlə söhbətində mahnıların necə hitə çevrilməsindən danışdı.   - Əvvəllər  müğənnilərin kasetlərini alır, maqnitofonlarda onları dinləyirdik. "Səbuhi" və digər səsyazma studiyaları fəaliyyət göstərirdi. İndi bütün bunlar kompyuter sisteminə keçib. Bu gün səsyazma studiyası adı ilə müğənnilərin çoxu sizə müraciət edir.    - Elədir, texnologiyalar sürətlə inkişaf edir. Adi mobil telefonu götürək, 6 ay öncə çıxan telefonun funksiyaları bu gün çıxandan geri qalır. Daha gözəl, başqa xüsusiyyətləri özündə daşıyan, yeniliklərlə zəngin telefonlar təqdim edilir. Texnologiyalar o qədər inkişaf edir ki, müasir texnikanın arxasınca düşə bilmirsən. Kaset dövrü insanların musiqi dinləmələrinin ən məsum dövrləri idi. İnsanlar dinləmək istədikləri müğənninin kasetini alırdılar. Bu proses sənətçini də bir qədər dəyərləndirirdi. Ancaq indi sevdiyimiz sənətçinin mahnısını oturduğumuz yerdən dinləyə bilərik. Sənət adamı ildə bir disk hazırlayırdısa, indi daha çox mahnı istehsal etməlidir. Çünki bu günün dinləyicisi tez yorulur, informasiyalar da çoxdur. İndi müğənnilərin üzərində məsuliyyət daha çoxdur. Hər iki dövrün tanınmış sənətçilərilə işləyirəm. Əvvəlki sənətçilər deyir ki, onların sistemi daha yaxşı idi. Yaşlı sənətkarlar indiki texnika ilə uyuşmurlar. Müğənnilərin albomları ilə yanaşı, iştirak etdikləri toyların kasetləri də çıxırdı. Bu günün ifaçısı dinləyici üçün adiləşib. İnsanlar sadə, səmimi olan sənətçilərə daha çox üstünlük verirlər.


Xəbərə aid fotolar