"Mona Liza effekti" təkzib olundu


Digərləri 13 Yan 2019 22:26:00 255 0

"Mona Liza effekti" təkzib olundu

Almaniyanın Bilefeld Universitetinin alimləri "Mona Liza effekti" əfsanəsini təkzib edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "i-Perception" jurnalında məqalə dərc olunub.

Sözügedən əfsanəyə görə, Da Vinçinin qeyd olunan məşhur rəsminə hansı bucaqdan baxmaqdan asılı olmayaraq, "Mona Liza" onu seyr edənin gözlərinə baxır. Alimlər, əslində, "Cokonda"da belə bir effektin olmadığını əmin edir.

İstənilən insan fotoşəklini çəkdirəndə kameranın obyektivinə baxır və şəkil çıxdıqdan sonra  fotodakı şəxsin istənilən bucaqdan onu seyr edən insana nəzər saldığı illüziyası yaranır. 1503-1504-cü illərdə çəkilmiş bu rəsmdə də "seyirçini təqib etmə" effektinin olduğu düşünülürdüsə, yeni elmi işdə tədqiqaçtılar bunu təkzib edib.