Almaniyanın öz Venesiyası, Versalı, Bergeni və Florensiyası var


Digərləri 13 Yan 2019 21:45:00 220 0

Almaniyanın öz Venesiyası, Versalı, Bergeni və Florensiyası var

Almaniya turizm imkanları çox geniş olan ölkədir. Bu ölkədə səyahət edənlər bəzən özlərini Avropanın digər ölkələrində hiss edirlər. Çünki bu ölkədə başqa Avropa ölkələrinin romantik və populyar yerlərinə bənzəyən guşələrin sayı az deyil. Son.az AZƏRTAC-a istinadən maraqlı yazını təqdim edir.

Məsələn, Bavariyanın Bamberq şəhərində, Reqnits çayı sahilində yerləşən keçmiş balıqçı məhəlləsini "Kiçik Venesiya" adlandırırlar. Bu qədim şəhərin çoxsaylı abidələri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Branderburq əyalətində isə daha bir "Venesiya" - Şprevald, yəni "Şpreye çayı üzərində meşə" yerləşir. Bu yerlər subasar çəmənliklər və çay kanalları zəngindir, yerli sakinlər həm özləri qayıqlarda hərəkət edirlər, həm də turistləri gəzdirirlər. Yastıdibli qayıqlar qondola olmasa da, hər halda romantik gəzintilərə tam yarayır.

Helqoland adasındakı evlər Norveçin Bergen şəhərinin tipik fasadlarını xatırladır. Təqribən 1,5 min əhalisi olan ada hər gün 10 minə yaxın turist qəbul edir. Adanın Aİ-də xüsusi gömrük statusu var, bu da rüsumsuz alış-veriş həvəskarlarını cəlb edir. .