Alimlər 95 il sağlam yaşamağın SİRRİNİ TAPDI: 11 VACİB TÖVSİYƏ


Digərləri 13 Yan 2019 21:20:00 254 0

Alimlər 95 il sağlam yaşamağın SİRRİNİ TAPDI: 11 VACİB TÖVSİYƏ

Stanford Universitetinin alimləri 95 yaşına qədər sağlam yaşamağın sirrini çözüb.

Son.az xəbər verir ki, alimlərin araşdırması nəticəsində maraqlı faktlar ortaya çıxıb.

Həkiminizi tez-tez dəyişməyin!

Alimlərin sözlərinə görə, illərlə eyni həkim müayinəsindən keçən xəstələr daha uzun ömürlü olur. Bu qayda yalnız ailə həkimi üçün deyil, cərrah, psixiatr və digər həkimlər üçün də keçərlidir. Həkimlər xəstələrin xüsusiyyətlərini yadda saxlayır və baş verən dəyişiklikləri daha tez görürlər. Yeni həkimə müraciət etmək və onun sizin xüsusiyyətlərinizi tanıması vaxt tələb edir.

Büdcənin planını qurub və qənaət edin

Maliyyə ekspertləri maliyyə və fiziki sağlamlıq arasında əlaqə tapmağı sevir. Amerikalı araşdırmaçılara görə, maliyyə böhranı və ziyana düşmək 50 yaşından yuxarı insanların ölüm riskini artırır.

Birincisi, stress səhhətə mənfi istiqamətdə təsir edir. İkincisi, pul itirən insanlar müalicə almaq imkanını itirir. Odur ki, mütəxəssislər təqaüdə çıxmazdan 10 il əvvəl bəlli bir büdcə hazırlanmağı təklif edir. Həmçinin maddi itkilərin səhhətinizə minimum zərər verməsi üçün duyğusal baxımdan hazırlıqlı olmalısınız.

Faydalı yağlardan istifadə edin

Amerika Ürək Assosiasiyasının araşdırması göstərib ki, zeytun, avokado və digər təkli doymamış yağlar ürək-damar problemlərinin səbəb olduğu ölüm riskini 16% azaldır. Bundan başqa, rasionunuza süd məhsulları, yumurta, toyuq, qırmızı ət və balıq kimi bəzi heyvan mənşəlli yağlar da daxil etməklə ölüm riskini təxminən 25 faiz azalda bilərsiniz.

Bağırsaqlar

Dünyada aparılan sonsuz sayda araşdırmalar göstərir ki, bağırsaqları sağlam olan insanlar daha çox yaşayır. Bağırsaqların içində yaşayan faydalı bakteriyalar həyatımızı uzadır. Probiotiklər, yediyimiz məhsulların sorulması təsirə malikdir və daha faydalı məhsulların həzm olunmasını dəstəkləyir.

Rahat geyimlər

Alimlər hesab edir ki, insana rahatlıq və nəşə gətirən hər bir şey ömrü uzadır. Odur ki, gözəllik qurban tələb edir məsəlini əldə rəhbər tutaraq hündürdaban ayaqqabılarla özünüzə dözülməz işgəncələr verməyin.