Barselonada email marketinq sahəsində çalışan azərbaycanlı Uğur hekayəsi FOTO


Digərləri 13 Yan 2019 20:33:00 240 0

Barselonada email marketinq sahəsində çalışan azərbaycanlı  Uğur hekayəsi  FOTO

Emin Həsənov: "Burda sadəcə Azərbaycan, ingilis, rus dili ilə iş tapmaq bir az çətindir"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, hər zaman öz yaradıcılığını qata biləcəyi işlərdə çalışmaq istəyib. Hələ tələbəlik illərindən seçimi edib, digital marketinqə yönəlib. Düzdür, qısa müddət dövlət işində də çalışıb, amma sonra yenidən reklam sahəsinə qayıdıb. Hazırda isə İspaniyada e-mail marketinq istiqamətində fəaliyyətini davam etdirir. Beləliklə, müsahibimiz İspaniyanın Barselona şəhərində "Natexo" şirkətində çalışan həmyerlimiz Emin Həsənovdur.   Qeyd edək ki, E.Həsənov 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbin ilk illərində Naxçıvanda təhsil alıb. Bakalavr təhsili üçün isə seçimi Bakı Mühəndislik Universitetinin (Qafqaz Universiteti) ingilis dilinin tərcümə fakültəsi olub.   - Hazırda karyeranızı Barselonada davam etdirirsiniz. Amma biz söhbətə ora gedənə qədərki fəaliyyətinizlə başlayaq... - Bakı Mühəndislik Universitetində təhsil almaq heç də asan deyildi. Vaxtın çoxunu dərs apardığı üçün işləməyə az zaman qalırdı. Amma yenə də işlədim, ikinci kursda "Dizayn company" adlı şirkətdə yarımştat işə başladım. Şirkət veb-saytların yığılması ilə məşğul olurdu, mən də digital reklama maraq göstərirdim. Həm işləyirdim, həm də öyrənirdim. Tələbə vaxtı həmin şirkətdə çalışdım. Universiteti bitirəndən sonra isə 3-4 il "Maxcreative" reklam agentliyində müştəri təmsilçisi və proyekt meneceri vəzifəsində çalışdım. Bir il isə "Havas" reklam agentliyində müştəri təmsilçisi olaraq işlədim. Sonra da təhsilimlə bağlı Avropaya - Barselonaya gəldim.

- Bir müddət dövlət işində də çalışmısınız, deyəsən...

- "Maxcreative" şirkətində çalışanda artıq hərbi xidmətə getməli oldum. Əvvəllər Nəqliyyat Nazirliyində "Azeryolservis"in nəzdində Yolların Müdafiə Xidməti İdarəsi var idi, qayıdandan sonra 8 ay orda kadrlar şöbəsində işlədim. Sonra yenidən "Maxcreative" şirkətinə qayıtdım. Demək olar ki, Azərbaycandakı karyeramın böyük qismi reklamla bağlıdır.    - Dövlət işində niyə davam etmədiniz?

- Orda özümü rahat hiss etmirdim. Həmişə elə işdə çalışmaq istəmişəm ki, ora öz yaradıcılığımı qata, müəyyən yerdə dəyişiklik edə bilim. Yəni, bir strategiya hazırlayım, onu həyata keçirim, nəticə əldə edim və sonra nəticənin analizini aparım. Dövlət işində isə sadəcə olaraq sənə verilən tapşırıqları edirsən, işə özündən hər hansı bir şey qatmaq, prosesə daxil olmaq kimi şansın yoxdur. Bu isə mənim istəklərimlə uyğunlaşmadığı üçün özəl sektora qayıtdım.   - Avropaya magistratura təhsili üçün getdiniz?

- Bəli, 2016-cı ildə magistrratura təhsili üçün Barselonaya gəldim. Burada "Autonomous University of Barcelona"da beynəlxalq biznesin idarə olunması fakültəsində oxudum. Həmin təhsil müəssisəsi Avropada ilk onluqdadır. İndi isə başqa universitetdə artıq ikinci magistr təhsili alıram.

- İkinci magistr təhsili istəyi haradan yarandı?

- Əsas səbəb Avropadakı şirkətlərin buna tələbatı oldu. Avropada iş elanlarının böyük hissəsi digital marketinqlə bağlıdır. Mənim onsuz da digital marketinq sahəsində biliklərim var idi, həm onu davam etdirmək istədim, həm də Avropadakı gələcək karyeramı düşünərək digital marketinq sahəsində də təhsil almağa qərar verdim.   - Bəs orda işləməyə nə vaxtdan başlamısınız?

- Birinci magistr təhsili alan vaxtlarda işləməmişəm. Təhsili başa vurandan bir ay sonra "Google Android" proyekti üzərində çalışan bir şirkətdə işə başladım. Şirkət "Google Android"in Türkiyə bazarı üzrə texniki dəstək işini görürdü. "Google" şirkətinin özündə işləmirdik, ortada podratçı şirkət idi. Bir il orda işləyəndən sonra hazırda çalışdığım e-mail marketinq üzrə fəaliyyət göstərən "Natexo" şirkətinə keçdim. "Natexo" e-mail marketinq sahəsində demək olar ki, Avropanın ən böyük 3 şirkətindən biridir. Şirkətin Barselona, Paris, Milan və Nyu-Yorkda ofisləri var. Mən Barselona ofisində layihə meneceri olaraq çalışıram.   - İşlə təhsil bir yerdə çətin olmur?


Xəbərə aid fotolar