Üç maşın toqquşub, 2 nəfər xəsarət alıb FOTO


Digərləri 13 Yan 2019 20:28:00 244 0

Üç maşın toqquşub, 2 nəfər xəsarət alıb  FOTO

Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Son.az report-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin əvvəlcə "Opel" ilə toqquşması, ardınca isə "Jiquli"yə çırpılması nəticəsində Salyan rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev Qismət Şahin oğlu və Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Həmzə Sərraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bakıda minik və yük maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb.


Xəbərə aid fotolar