"Əgər sən imtahan üçün oxuyursansa, deməli, heç nə öyrənmirsən" Örnək FOTO


Digərləri 13 Yan 2019 20:09:00 273 0

"Əgər sən imtahan üçün oxuyursansa, deməli, heç nə öyrənmirsən"  Örnək  FOTO

Ucqar kəndə məktəbində müəllim işləyən Mürsəl Behbudlu: "Hamı prokuror, polis olsa, bəs bizim bu torpaqları kim şumlayacaq?" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Peşəsini sevir. Deyir ki, müəllim atdığı hər addımda işinə vicdanla yanaşmalıdır: "Hər bir sahədə tədrisdən geri qalan şagirdlər olur. Amma vicdanla yanaşanda bütün şagirdlərə nələrisə öyrətmək mümkündür. Məncə, pis şagird yoxdur, sinfi ələ ala bilməyən müəllim var".

Müsahibimiz ucqar kənd müəllimi Mürsəl Behbudludur.

Mürsəl Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının filologiya, Azərbaycan dili və Ədəbiyyatı fakültəsini bitirib. Öz ixtisasını təkmilləşdirmək üçün könüllü olaraq müxtəlif layihələrdə, proqramlarda aparıcı layihə koordinatoru və digər vəzifələrdə çalışıb. 2014-cü ildə imtahan verərək Xocavənd rayon 4 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. Burada iki il işlədikdən sonra 2016-cı ildə yenidən müəllimlərin işə qəbulunda yerdəyişmə imtahanı verərək Beyləqan şəhər Salman Salmanov adına Tatarlar kənd orta məktəbində müəllim kimi çalışır.

Mürsəl deyir ki, əvvəllər özünü müəllim kimi təsəvvür etməyib: "Özümü o sahədə görə bilmirdim. Uşaqları öyrətmək mənə ağır gəlirdi. Çünki bu zaman yol verilən boşluq gələcəkdə böyük fəsadlar törədə bilər. Bu məsuliyyəti dərk edirdim və bu, məni narahat edirdi. Ancaq biliklərimi paylaşmaq, kimlərisə düzgün istiqamətə yönləndirmək kimi arzularım olub. Bu arzular məni bu sahəyə gətirdi. Müəllimlərin işə qəbulu imtahanında nəticə göstərərək Xocavənd rayon 4 saylı tam orta məktəbə düşdüm. Burada daha da uyğunlaşmağa, müəllimliyi sevməyə başladım".   "Gənclər ucqar kəndlərdə işləməyə hazırdırlar"   Həmsöhbətimiz deyir ki, onu bu sahəyə həvəsləndirən təhsil sahəsindəki islahatlardır: "Təhsil Nazirliyin apardığı xeyli islahatlar oldu və onlardan ən önəmlisi müəllimlərin işə qəbulu imtahanı idi. İşə qəbul imtahanına biz elektron sayt vasitəsi ilə sənəd verirdik. Bu imtahandan topladığımız nəticə əsasında da məktəbə müəllim təyin olunurdu. Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər hazırda müəllimliyə yüksək səviyyədə həvəs yaradıb. Gənclər hətta ucqar kəndlərdə belə sevə-sevə işləməyə hazırdırlar. Bu, həm müəllimliyə olan həvəs, həm də müəllimlik peşəsinin imicinin yüksəlməsi ilə bağlıdır. Mən hazırda rayon mərkəzindən 25 km məsafədə olan kənddə işləyirəm. Daha sonra diaqnostik imtahanda Təhsil Nazirliyi proporsional qaydada maaş sisteminə keçid elan etdi ki, biz artıq müəllimlərə öz biliyinə görə qiymət verəcəyik. Əvvəllər burada staj, yaş, hörmət söhbəti var idi. Müəllimlərin "sən hələ çox gəncsən, sənin çox saat təcrübən yoxdur" söhbətlərinə bununla son qoyuldu. Diaqnostik imtahanda çox bal toplamış müəllimlər daha çox dərs keçmə hüququna malikdir. Mən də bu imtahandan 50 bal topladım, 37 ixtisas yazdım. Bu hazırkı cədvəl üzrə ən yüksək pillədir".


Xəbərə aid fotolar