Xaricdə təhsil almaq üçün nələri bilməliyik? Gənclərə məsləhət


Digərləri 13 Yan 2019 19:59:00 223 0

Xaricdə təhsil almaq üçün nələri bilməliyik?  Gənclərə məsləhət

Həsən Əliyev: "Tələbənin yaxşı bir sertifikatı, fundamental bilikləri, yüksək qiymətləri, tövsiyə və motivasiya məktubu olmalıdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son dövrlər gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər. Xüsusilə də, xaricdə təhsil sərgilərinin ölkəmizdə geniş şəkildə keçirilməsi bu işdə böyük rol oynayır. Amma gənclər üçün bu mövzu ilə bağlı bəzi qaranlıq qalan məqamlar var. Məsələn, "ixtisas seçimini necə etməli", "hansı ölkə daha məqsədəuyğundur", "təqaüdlü təhsil verən ölkələr hansılardır" kimi suallar yaranır. Bu suallara cavab tapmaq üçün xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyevlə həmsöhbət olduq.

Həsən Əliyev qeyd edir ki, xaricdə təhsil almaq istəyən tələbə ilk olaraq gedəcəyi ölkənin yaşam tərzini, mədəniyyətini, dilini bilməlidir: "Əslində, dil o qədər də problem deyil. Çünki sonradan həmin dili öyrənəcək, əsas yaşam tərzini öyrənməli, gedəcəyi universitetin təhsil sistemindən xəbərdar olmalıdır. Əgər təqaüdsüz gedirsə, təhsil haqqını bilməlidir. Qeyd edilənlər haqqında təkcə tələbə yox, həm də valideynlər bilgi əldə etməlidirlər. Daha sonra gedəcəyi ölkənin təhsil şərtləri ilə yaxından tanış olmalıdır. Məsələn, bəzi ölkələrdə təhsil sistemi 12 il olduğu üçün Azərbaycandan 11 illik təhsili bitirənləri bakalavra götürmürlər. Gərək bir il də əlavə oxuyub, 12 illik təhsil alsın ki, bakalavra qəbul olunsun. Həmçinin, ixtisas seçimi də önəmli məqamlardan biridir. Təbii ki, xaricdə təhsil almağın üstün cəhətləri çoxdur. Tələbənin dünyagörüşü artır, fərqli ölkələrdə dostlar qazanır, inkişaf edir, ailədən, ölkədən uzaq, tək yaşayaraq özünü formalaşdırır. Ən azından, bir xarici dili mükəmməl öyrənir. Amma yenə də şəxsin özü qərar verməlidir ki, nəyə görə xaricdə təhsil almalıdır".


Xəbərə aid foto