Rusiyada dağ naməlum səbəbdən çökdü


Digərləri 13 Yan 2019 18:44:00 247 0

Rusiyada dağ naməlum səbəbdən çökdü

Ötən günlərdə Rusiyanın Sibir vilayətində 200 metr hündürlüyündə bir dağ naməlum səbəbdən çöküb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, çökmə nəticəsində torpaq kütləsi Bureya çayının istiqamətini dəyişdirib və ətrafdakı yaşayış məntəqələri üçün ciddi təhlükə yaranıb.

Mütəxəssislər çayda 13600 olimpiya hovuzunu doldurcaq qədər su olduğunu bildirirlər.

Dağın çökmə səbəbi Rusiya hökuməti və ordusunu hərəkətə keçirib. Hökumət araşdırma aparılması üçün orduya təlimat verib. Araşdırmalar zamanı dağın hansısa bir göy cismi, yadplanetlilər və ya UNO səbəbindən çöküb çökmədiyi aydınlaşdırılacaq.

Blgədə təmizlik işləri aparan hərbi qüvvələr müxtəlif yerlərdə partlayışlar gerçəkləşdirməklə çayın qarşısını almağa çalışır. Həmçinin Çekunda, Ust_urqal və Elqa kəndlərində məskunlaşmış 400-ə yaxın insanın təxliyyə edilməsi üçün plan hazırlanır.


Xəbərə aid fotolar