Gürcüstanda azərbaycanlı ana qızını bıçaqladı


Digərləri 13 Yan 2019 17:39:00 226 0

Gürcüstanda azərbaycanlı ana qızını bıçaqladı

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib.

Son.az Report-a istinadən bildirir ki, hadisə ötən gün rayonun Qızılhacılı kəndində baş verib.

İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq zərbəsi vurub.

Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.