BakıQazax yolunda ağır qəza


Digərləri 13 Yan 2019 16:28:00 208 0

BakıQazax yolunda ağır qəza

Bu gün günorta saatlarında Bakı-Qazax yolunun 36,5 km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Salyan rayonunun "Qalalı" massivində yaşayan İsmayıl adlı şəxsin idarə etdiyi "Daewo Gentra" markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaşının sürücüsü və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb.

Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Daewo Gentra" əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən "KamAZ"ın təkərləri arasına düşüb. Nəticədə "KamAZ" taksinin üstündən keçib.

Hazırda hadisə yerində hüquq-mahafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.