Hacıqabulda "KAMAZ" aşdı


Digərləri 13 Yan 2019 12:04:00 330 0

Hacıqabulda "KAMAZ" aşdı

Hacıqabul rayonu ərazisində "KAMAZ" aşıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Hacıqabul rayonu ərazisindən keçən magistral yolda daş daşıyan 21 BC 781  dövlət qeydiyyat nömrəli  "KAMAZ" markalı yük maşını aşıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Sözügedən istiqamətdə qəza səbəbindən yol tamamilə bağlanıb. Yolda tıxac yaranıb və nəqliyyatın hərəkəti məhdudlaşıb.

Hadisə yerindən fotolar sosial şəbəkədə təhsil eksperti Kamran Əsədov tərəfindən paylaşılıb.

Son.az 


Xəbərə aid fotolar