Tramp Kim Çen Inla yenə görüşəcək


Dünya 13 Yan 2019 09:06:00 218 0

Tramp Kim Çen Inla yenə görüşəcək

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün Vyetnamda keçirilməsini təklif edib.

Bu barədə Son.az Report-a istinadən xəbər verir.

Bildirilir ki, Ağ Ev rəhbəri görüşün fevralın ortalarında keçirilməsini təklif edib. Agentliyin məlumatına görə, hazırda Şimali Koreya ABŞ-ın təklifini nəzərdən keçirir. Qeyd edilir ki, KXDR hələ ABŞ-ın təklifinə rəsmi şəkildə cavab verməyib.