Günün qoroskopu: Səhhətinizdə problemlər yaranmayacaq


Digərləri 13 Yan 2019 00:01:00 209 0

Günün qoroskopu: Səhhətinizdə problemlər yaranmayacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - neytral gündür. Başgicəlləndirici uğurlar olmayacaq, amma ciddi problemlər də yaranmayacaq. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları, ixtilaflar ola bilər. Kimsənin xətrinə dəymədən mövqelərinizi müdafiə edin. Gəlirlər çox olmasa da, vaxtındadır.

Romantik hisslər yaşamınıza müxtəliflik gətirəcək.

Yaşam potensialı səviyyəsi yüksəkdir. Əhvalınız yaxşıdır. Səhhətinizdə problemlər yaranmayacaq.

Günün ikinci yarısında başalayacağınız işdə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz.

Buğa - sakit və məhsuldar iş günüdür. Yarımçıq işləri başa vurmamış yeni işlərə başlamayın. Əks təqdirdə tələsiklik və vurnuxma yarana bilər. İşgüzar təmaslarda diqqətli olun. İndiyədək əməkdaşlıq etmədiyiniz insanların sizi qeyd-şərtsiz dəstəkləyəcəklərini düşünməyin.

Kiçik maliyyə itkiləri istisna deyil.

Alış-veriş etmək olar. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə güvənməyin, öz ağlınızla hərəkət edin.

Mübahisəli əmlakla bağlı mürəkkəb məsələləri həll etmək olar.

Əkizlər - peşəkar fəaliyyət üçün çox məhsuldar gündür. İşdəki əhəmiyyətli uğurlarınız ən cəsarətli gözləntilərinizi də üstələyəcək. Yeni müttəfiqlər və tərəfdaşlar tapa bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insan sizə önəmli dəstək verəcək.

Daşınmaz əmlakla bağlı məsələlərin həlli, habelə səfər və ya səyahətə hazırlaşmaqla məşğul olmaq mümkündür.

Günün ikinci yarısı romantik tanışlıqlar və görüşlər üçün əlverişlidir. Yaxın ətrafınızdakı insanlar sizə laqeyd deyillər.

Sürpriz və hədiyyələr istisna deyil.

Xərçəng - birmənalı olmayan gündür. Çətinliklər istisna deyil. Döyüşkən olun. Məqsədə doğru hərəkətinizdə çətinliklər yaranarsa, sədləri dəf edin.

Qətiyyət və iradəniz yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı xoş təəssürat yarana bilər.

Sizə yardım və dəstək təklif olunacaq. Maraqlı işgüzar təkliflər istisna deyil. İş yerinizi daha maraqlı, maaşın daha çox olduğu məkana dəyişə bilərsiniz.

Ev işləri üçün uğurlu gündür. Kulinar eksperimentlər aparmayın.

Axşam saatlarında qonaqlarınız olacaq.

Şir - istənilən formatda ünsiyyət üçün münasib gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. İndiyədək gərgin münasibətlərdə olduğunuz insanlarla təmasları normallaşdırın. Bədxah və rəqiblərinizi diqqətdə saxlayın, küsənləri barışdırın.

Dəvət edildiyiniz tədbirdə arzuolunan qonaq olacaqsınız.

Faydalı tanışlıqlara nail ola bilərsiniz.

İşgüzar səfər və ya səyahət pis alınmayacaq.

Planlaşdırılmamış alış-veriş etmək olar.

Gerçəkdən də, tələbatınız olan əşyalar alın. Yaxınlarınız, o cümlədən yaşlı qohumlarınız məsləhətlərinizə qulaq asırlar.

Qız - işgüzar danışıqlar və görüşlər pis keçməyəcək. Yeni tanışlıqlar və layihələrin təşəbbüskarı olun. Liderlik məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Əvvəllər sizi görməməyə çalışan insanlar belə, artıq uğurlarınızı etiraf etməlidir.

Peşəkar fəaliyyət müstəvisində irəliləyiş ola bilər.

Şəxsi münasibətlər müstəvisində durum o qədər də yaxşı deyil. Mənfi təmayüllərin təsiri güclənir. Yaxınlarınızla fikir ayrılıqları yaranır. Tamamilə önəmsiz məsələyə görə sevdiyiniz insanla mübahisə riski var.