İmam Hüseyn niyə qatilə qarşı qisas icra etmədi?


Digərləri 12 Yan 2019 23:20:00 572 0

İmam Hüseyn niyə qatilə qarşı qisas icra etmədi?

İmam Həsən (ə) həzrət Əlidən (ə) sonra 7 ay müsəlmanların xəlifəsi oldu. Müaviyə ilə bağlanan sülh müqaviləsindən sonra xilafətdən çənilən İmam (ə) təxminən 10 ilə yaxın imamlıq etdi. İmam Həsənin (ə) xilafətdən çəkilməsinə baxmayaraq varlığı, yaşaması daima Müaviyyəni narahat edirdi. Bu səbəbdən Müaviyyə müxtəlif hiylə və gizli yollarla İmam Həsəni (ə) şəhid edib, özü və oğlu üçün ən böyük maneəni aradan qaldırmaq istəyirdi.

Nəhayət o buna nail olur və hicrətin 50-ci ilində İmam Həsən (ə) Müaviyyənin sifarişi ilə zəhərlənərək şəhadətə qovuşur. Şeyx Müfid bu barədə yazır ki, Yezid üçün beyət hazırlayan Müaviyyə 50min dirhəm qarşılığında İmam Həsənin ə. həyat yoldaşı, Əşəs ibn Qeys Kindinin qızı Cudəni satın alır, hətta İmamın (ə) şəhadətindən sonra onu Yezid ilə evləndirəcəyinə belə söz verir.

Şeyx Mufid "əl-İrşad" kitabında İmam Həsənin (ə) şəhadəti barədə yazır:

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, İmam Həsən (ə) şəhadətinə yaxın vaxtlarda qardaşı İmam Hüseyni (ə) yanına çağırıb buyurur: "Qardaşım, yaxın günlərdə mən sizin aranızdan ayrılacam. Məni zəhərləyəcəklər, zəhər ciyərimi parçalayacaq. Bunu kimin edəcəyini və kimin sifarişi olduğunu bilirəm. Mən özüm Allahın hüzurunda onlarla hesabımı görəcəm. Səni, üzərində olan haqqıma ad verirəm ki, sən yalnız baş verənləri izlə və Allahın haqqımda olan qəza-qədərini gözlə."