Cəlilabad sakinini qohumları döydü
Digərləri 12 Yan 2019 22:36:00 237 0
Cəlilabadda döyülmə hadisəsi baş verib.
Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini, 1976-ci il təvəllüdlü Ağaməliyev Alxas Məhəmmədəli oğlu qohumları tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Abıyev Cəlal Səfəralı oğlu da bir neçə naməlum şəxs tərəfindən iti alətlə döyülüb.
Mənbə: milli.az