İnsanların ən ağıllısı kimdir?


Digərləri 12 Yan 2019 22:10:00 411 0

İnsanların ən ağıllısı kimdir?

İnsanların həyatında mühüm olan məsələlərdən biri də həyatın müxtəlif vəziyyətlərində özünü necə aparmağı bacarmaqdır.

Nə zaman əmr-be-məruf edib, nə zaman susmağını biləsən.

Nə zaman güzəşt edib, nə zaman hərəkət etməyini biləsən.

Nəyin pis olduğunu biləsən və dəyərləndirəsən.

Ona görə də dinimiz müsəlmanları aqil olmağa dəvət edir və buyurur ki, əgər aqil olarsansa, bütün bunların öhdəsindən gələ bilərsən.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Aqil o kəs deyildir ki, yaxşını pisdən ayırar. Əslində aqil o kəsdir ki, pisliklər içərisindən onların ən yaxşısını tanıyar".

Yəni, yaxşını pisdən ayırmaq insan üçün hünər deyildir. Çünki heyvanlar da təbii halda özlərinə qarşı olan ziyanı və faydanı, pisi və yaxşını tanıyırlar. Misal üçün, hündür yerdə olan pişik ki, aşağı düşmək istəyir, əgər məsafə çox olarsa özü üçün düşməyə başqa yollar axtarar. Təhlükədən qaçar.

Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərin ən yaxşısı - ağıl sahibləridir".

Sual verirlər ki, ağıl sahibləri kimlərdir?

Həzrət (s) buyurur: "O kəslər ki, gözəl əxlaqa malik olarlar.

Səbirli və vüqarlıdırlar.

Sileyi-rəhm edərlər.