TəbrizBakıTəbriz aviareysi istifadəyə verilib


Digərləri 12 Yan 2019 18:50:00 217 0

TəbrizBakıTəbriz aviareysi istifadəyə verilib

Yanvar ayından başlayaraq İranın "İran AİR" şirkəti Təbriz-Bakı-Təbriz istiqamətində uçuşlar həyata keçirməyə başlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, reyslər həftənin 1-ci və 4-cü günləri həyata keçirilir. Təyyarə yerli vaxtla səhər saat 09:40 Təbrizdən Bakıya uçur və həmin gün 19:50-də Bakıdan Təbrizə qayıdır.

Birtərəfli biletin qiyməti 115, ikitərəfli isə 215 manatdır.