Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi


Dünya 12 Yan 2019 17:38:00 234 0

Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi

Bakılı Roman Simanduyev Rusiya prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı - respublika baş nazirinin müavini təyin edilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb. 

R.Simanduyev bu vəzifədə digər həmvətənimizi - Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib. Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub.