İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı:


Dünya 12 Yan 2019 11:19:00 295 0

İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı:

İranın Kirman vilayətinin Rabor-Hənza yolunda "Peugeot 405" markalı avtomobil qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kirman vilayətinin Rabor rayonu hüquq-mühafizə orqanının rəisi polkovnik Həmid Nasiri bildirib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Ümumilikdə avtomobildə 12 nəfərin olduğu bildirilir.

H.Nasirinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Yaralıların Əfqanıstan vətəndaşları olduğu bildirilir.