Mərkəzi Bank depozit hərracı keçirəcək


Digərləri 12 Yan 2019 08:48:00 206 0

Mərkəzi Bank depozit hərracı keçirəcək

Yanvarın 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Son.az Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir.